Xüsusi qayğıya ehtiyacı olan insanlar üçün əlçatan mühit - Heydər Əliyev Beynəlxalq hava limanı
Konqresin təşkilatçıları Bakı şəhərindəki Heydər Əliyev Beynəlxalq hava limanında xüsusi qayğıya ehtiyacı olan insanlar üçün əlçatan mühitin yaradılması üzrə proqramın tətbiqi barədə təşəbbüslə çıxış ediblər. Hava limanının rəhbərliyi isə bu proqrama dəstək verərək reallaşdırıb. Bakı hava limanı dünyanın ən yaxşı hava limanlarından biridir və çoxsaylı beynəlxalq sertifikatlar da bunu təsdiq edir. Artıq burada “görünməyən” məhdudiyyəti – autizm, Demensiya və Altsheymer xəstəliyi olan insanlar üçün də xidmətlər mövcuddur və bunun sayəsində xüsusi qayğıya ehtiyacı olan sərnişinlər üçün uçuşlar daha rahat və nisbətən az narahatedici olub. Gizli əlilliyin beynəlxalq simvolu olan sarı günəbaxan naxışlı lanyardlar tətbiq edilib.